Ukrayna prezidenti Volodimir Zelenski ölkəsi üçün "qırmızı xəttin" suverenliyin itirilməsi olduğunu bildirib.
E-huquq.az xəbər verir ki, bunu V.Zelenski telekanallara müsahibəsində deyib.
Ukrayna üçün hansı "qırmızı xəttlərin” olması ilə bağlı sualı cavablandıran dövlət başçısı vurğulayıb: "Biz suverenliyi itirə bilmərik. Minlərlə insan ölüb…".
Reklamınızı SmartBee ilə effektiv edin.
Eyni zamanda, o qeyd edib ki, müəyyən kompromislərdən nəticə çıxarmaq üçün vəziyyəti hər tərəfdən öyrənmək lazımdır.
Bu gün onu kimun ruhlandırdığı barədə suala V.Zelenski belə cavab verib: "Mən Ukrayna xalqının pərəstişkarıyam".
