Məzmuna keç

Ermənistan ikinci Qarabağ müharibəsində itkilərinin son sayını açıqladı

Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşən hərbçilər haqqında yenilənmiş məlumatını təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Komitənin ən son məlumatına görə, müharibə nəticəsində həlak olanların sayı 3 822 nəfərdir.

İstintaq Komitəsi müharibə zamanı daha 187 hərbçinin itkin düşdüyünü bildirib. Ermənistanın ictimai qurumları və müxalifəti bu rəqəmin həqiqəti əks etdirmədiyini, ölənlərin sayının açıqlanan göstəricidən çox olduğunu iddia edir.