Məzmuna keç

Mariupol küçələrində qəbirlər qazılır, sağ qalanlar zirzəmilərdə gizlənirlər

Ağır döyüşlərdən sonra Mariupoldakı vəziyyət barədə araşdırma aparılıb.

E-huquq.az Azadlıq Radiosunun Ukrayna bürosuna istinadən xəbər verir ki, hazırda şəhərdə yaşayış binalarının yaxınlığında ölənlər üçün qəbir qazılır. Sağ qalan insanlar 11 gündür ki, zirzəmilərdə gizlənirlər. Onlar ərzaq ehtiyatının 1 həftəyə tükənəcəyini bildirirlər.

Sakinlər deyir ki, Mariupol bir neçə həftədir mühasirə altındadır. Rusiya qoşunları daimi atəşə görə şəhərin vətəndaşlarından evakuasiya qarşısını alaraq, Mariupol infrastrukturunu məhv etməyə davam edir.