Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
E-huquq.az-ın xəbərinə görə, qeyd olunub ki, türkiyəli liderlə görüşü zamanı Makron ölkəsinin Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı böhranda daimi siyasi həll yolu tapmaqda qərarlıdırlar.
Makronun Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərilən səylərdən məmnunluğunu ifadə etdiyi vurğulanıb.
Tərəflər Ukraynadakı vəziyyəti də müzakirə edərək, müharibədən yan keçməyin vacib olduğunu qeyd edib.
