Rusiya Prezidenti Vladimir Putin Anatoli Çubaysın dövlət başçısının davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
E-huquq.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
“Prezident Anatoli Çubaysın vəzifəsindən azad edilməsi barədə fərman imzaladı”, – deyə Peskov bildirib.
Qeyd edək ki, martın 23-ü Qərb mediası öz mənbələrinə istinadən A.Çubaysın öz vəzifəsindən istefa verərək, Rusiyanı tərk etdiyini yazıb. Bildirilib ki, buna səbəb Çubaysın Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə razılaşmaması olub.
