Məzmuna keç

Ukraynadakı uşaq evlərinin sakinləri Türkiyəyə təxliyə olunub

Ukraynanın Dneprpetrovsk vilayətindəki uşaq evlərindən 159 sakin Türkiyənin Antalya şəhərinə təxliyə olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar "Twitter"də yazıb.

“Dnepropetrovsk vilayətindəki uşaq evlərindən ilk qrup Türkiyəyə gəlib… Yolun yorucu olmasına baxmayaraq, uşaqlar təhlükəsiz yerdə olduqlarına görə xoşbəxtdirlər”, – səfir bildirib.