Məzmuna keç

Bayden Putinlə görüşü istisna etməyib

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü istisna etməyib.

E-huquq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, amerikalı lider bunun Rusiya Prezidenti ilə müzakirə edəcəyi məsələlərdən aslı olduğunu bildirib.
“Bu, onun nə haqqında danışmaq istəməsindən asılıdır" ,- deyə Bayden jurnalistlərə bildirb.

O, bu yaxınlarda Putinin hakimiyyətdə qalmamlı olduğu fikri ilə bağlı izah verib. Bayden deyib ki, bu, ABŞ-ın Rusiya rəhbərliyinə qarşı rəsmi siyasətini dəyişməkdən yox, Rusiya qoşunlarının Ukraynadakı hərəkətlərindən hiddətindən irəli gəlir.