Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olmayacaq.
E-huquq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Peskov Putin və Zelenski arasında mümkün görüş mövzusunda hər hansı irəliləyiş olub-olmaması və “nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarından sonra belə bir görüş gözlənilirmi” sualına belə cavab verib: “Xeyr, heç bir irəliləyiş yoxdur. Belə bir görüş olmayacaq”.
