NATO apreldə keçiriləcək sammitə üzv olmayan 7 ölkəni, o cümlədən Ukraynanı da dəvət edib.
E-huquq.az Britaniyanın The Independent nəşrinə istinadən xəbər verir ki, aprelin 6-7-də Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri sammitinə NATO-nun baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.
NATO-nun dünənki bəyanatına görə, sammitə Ukrayna ilə yanaşı, üzv olmayan Gürcüstan, Finlandiya, İsveç, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya da dəvət olunub. NATO-nun bəyanatı dünən Prezidentliyin İstanbuldakı Dolmabahçe iqamətgahında keçirilən Rusiya-Ukrayna danışıqlarından sonra verilib. Danışıqlar zamanı Rusiya Kiyev və Çerniqov vilayətlərində hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaldacağını açıqlayıb. Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski danışıqların konstruktiv keçdiyini bildirərək, mümkün atəşkəs təkliflərini nəzərə aldıqlarını qeyd edərək, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında təkbətək görüş ehtimalının olduğunu bildirib.
Zelenski isə görüşlərdən müsbət təəssürat aldıqlarını, lakin ehtiyat tədbirlərindən əl çəkməyəcəklərini bildirib. Ukraynanın NATO-ya üzvlük tələbi Rusiya-Ukrayna müharibəsinin mühüm elementlərindən biri hesab edilir. Putin isə Ukraynanın NATO-ya daxil olmasına tamamilə qarşıdır.
İstanbulda danışıqlar zamanı Ukrayna nümayəndə heyəti Kiyevin NATO-ya üzv olmayacağını bəyan edib və Kremlin Avropa Birliyinə daxil olmaq cəhdlərinə mane olmasına imkan verməyəcəklərini bildirib.
Rəşid Qarayev
