Məzmuna keç

İki istiqamətdə Rusiya qoşunlarının yenidən qruplaşdırılması aparılır

Kiyev və Çerniqov istiqamətlərində Rusiya qoşunlarının planlı şəkildə yenidən qruplaşdırılması aparılır.

E-huquq.az “RİA Novosti”yə isitnadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

"Hazırda Kiyev və Çerniqov istiqamətlərində qoşunların planlaşdırılmış yenidən qruplaşdırılması aparılır", – Konaşenkov qeyd edib.

O, əlavə edib ki, Kiyev və Çerniqov istiqamətində Rusiya Silahlı Qüvvələrinin bütün əsas tapşırıqları yerinə yetirilib.