Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb.
Bu barədə e-huquq.az Ukrayna müdafiə nazirinin müavini Anna Malyara istinadən xəbər verir.
"İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib", – Malyar feysbuk səhifəsində bildirib.
Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar.
