"Dünən gecə saatlarında Bakının mərkəzində baş verən partlayış nəticəsində ölən və yaralananlar olduğu haqqında aldığımız məlumat bizi dərindən kədərləndirib".
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Bəyanatda qeyd olunub ki, Türkiyə azərbaycanlı qardaşlarının hüznünə şərikdir: "Hadisə zamanı həyatını itirənlərə rəhmət, yaralılara isə şəfa diləyirik".
