Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqının Rusiyaya qarşı planlaşdırdığı növbəti sankiya paketinə münasibət bildirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, nazir saksiyaların yetərli olmadığını deyib.
“Beşinci paket indiki halda Rusiyanın təcavüzünə adekvat cavab deyil”, – deyə o qeyd edib.
Aİ-nın Rusiyaya qarşı sanksiyaları daha da artırmalı olduğunu deyən Kuleba bildirib ki, beşinci sanksiya paketində daha çox Rusiya bankının SWIFT-dən ayrılması, Rusiya nefti, qazı və kömürünə embarqonun tətbiqi tədbirləri və Aİ limanlarının Rusiya gəmiləri üçün bağlanması məsələləri daxil edilməlidir.
Qeyd edək ki, Aİ rəsmilərinin çərşənbə günü Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəyi gözlənilir.
