Məzmuna keç

Ukrayna kəşfiyyatı Buça qətliamında iştirak edən rusiyalı hərbçilərin siyahısını açıqladı

Kiyev vilayətinin Buça şəhərində qətliam törətmiş 64-cü motoatıcı briqadanın rusiyalı hərbçilərinin siyahısı hazırlanıb.

E-huquq.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, onlar mülki əhaliyə qarşı cinayətlərə görə cavab verəcəklər.

Siyahı ilə bu linkdən tanış olmaq mümkündür.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə zamanı Buça şəhərində mülki vətəndaşlara qarşı qətliam həyata keçirilib. Nəticədə yüzlərlə adam qətlə yetirilib.