Məzmuna keç

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası rusiyalı bloger Kirill Fyodorovun həbsi ilə bağlı bəyanat yaydı

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası rusiyalı bloger Kirill Fyodorovun Latviyada həbs olunmasını pisləyib.

E-huquq.az xəbər verir ki, Assosiasiyanın yaydığı bəyanatda K.Fyodorovun həbsinin Avropa İnsan Hüquqları Konvensiyasına zidd olduğu bildirilib.

"Riqada yaşayan K.Fyodorov hərb tarixinə həsr olunmuş rusdilli "Youtube" və "Telegram" kanallarını idarə edirdi. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan sonra K.Fyodorov Ukraynada baş verən hadisələri gizlətmədən, döyüş əməliyyatlarının gedişini obyektiv işıqlandırırdı. Buna görə də Latviya Təhlükəsizlik Xidməti blogeri dövlətə xəyanətdə və nifrətin qızışdırılmasında ittiham etdi. Amma etnik və milli zəmində milli ədavəti qızışdıran Fyodorov deyil, məhz hakimiyyətin bu hərəkətləridir. Latviya beynəlxalq insan hüquqlarını, xüsusən də söz azadlığını növbəti dəfə pozub.

Hesab edirik ki, Latviya hakimiyyəti Kirill Fyodorovu dərhal azad etməli və bu məsələdə fərqli fikirlərə görə insanları təqib etməyi dayandırmalı, əksinə, nasizmin tərənnüm edilməsinin qarşısını almaq üçün tədbirlər görməlidir.

Biz məsələ ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Cinayət Məcəlləsinin 299-cu maddəsində nəzərdə tutulmuş "Təqsirsiz şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi" ilə bağlı cinayət işi açmasını düzgün hesab edirik.

K.Fyodorovun qanunsuz həbsinə görə məsuliyyət daşıyan vəzifəli şəxslər barəsində dərhal tədbir görülməsini xahiş edirik", – deyə bəyanatda qeyd olunub.