Məzmuna keç

Birinci beynəlxalq “Brand Award International” müsabiqəsinin qalibləri elan edilib

AZPROMO və KOBİA-nın rəsmi tərəfdaşlığı və "Social Lab"ın rəqəmsal tərəfdaşlığı ilə "Caspian Energy Club" tərəfindən təşkil olunmuş Birinci beynəlxalq “Brand Award International” müsabiqəsində cari il üzrə Azərbaycanın 50 ən tanınmış brendi müəyyən edilib.

E-huquq.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyev qeyd edib ki, müsabiqədə “Brand Award Azerbaijan”nın 50 qalib milli brendi və 100-dən artıq xarici brend iştirak edib. Səsverməyə dünyanın müxtəlif ölkələrindən 1200-ə yaxın respondent qatılıb. Səsvermənin şəffaflığı üçün bütün şərtlərə riayət olunub. Bununla əlaqədar bir qurğudan yalnız bircə dəfə səs vermək mümkün olub.

“Beynəlxalq “Brand Award International” müsabiqəsinin təşkili vasitəsilə biz brendləri 12-dən çox ölkəyə, geniş auditoriyaya təqdim etməyə nail olduq. Beynəlxalq müsabiqədə yerli brendləri daha çox tanıtmaq üçün hər cür şərait yaradılmışdır. Bundan əlavə, müxtəlif beynəlxalq şirkətlər öz rəqəmsal marketinq siyasətlərinə innovasiya tətbiq etmiş, veb-saytlarının işini qaydaya salmış, bəzi hallarda yeniləmiş, sosial şəbəkələrdəki korporativ səhifələrində məlumatları təzələmiş, rebredinq keçirmişlər ki, bu da öz növbəsində onların xidmət və məhsullarına marağın artmasına səbəb olmuşdur. Bu, “Brand Award International” layihəsinin əsas nailiyyətlərindən biridir. Iştirak etmiş bütün brendlərə təşəkkür edirik”, – deyə Telman Əliyev qeyd edib.

Milli “Brand Award International” müsabiqəsinin qaliblərinin tam siyahısını təqdim edirik:
1. Azəriqaz İB
2. International Consulting Company
3. ABB
4. ABB Mobile
5. ABB Innovation
6. Tam
7. Atena
8. Azerçay
9. Turkish Airlines
10. ARİEL
11. Safeguard
12. Fairy
13. Procter & Gamble
14. Pantene
15. Bizim Tarla
16. Azpetrol
17. Səba
18. Fairy Platinum
19. Pampers
20. Sun
21. Oral-B
22. Azərsüd
23. Aura
24. Azərduz
25. Azgranata
26. Brawn
27. Lenor
28. SOCAR Polymer
29. Always
30. Gillette
31. SOCAR KGIT
32. CinemaPlus
33. Final
34. Berqa
35. H&S (Head and shoulders)
36. Super Sun
37. Magnum
38. Azərişiq
39. Azərşəkər
40. Iceland dondurma
41. Azərbaijan Airlines
42. Растишка
43. Sağlam Ailə Tibb Mərkəzi
44. Bizim süfrə
45. Anchor
46. Selpak
47. Vitamin
48. Ziraat bank
49. Tide
50. Duracell

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. "Caspian Energy Club"un mənzil-qərargahı Bakıda yerləşir. "Caspian Energy Club"un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.