Tərtər rayonunda qoyun otaran şəxs minaya düşüb.
E-huquq.az-ın xəbərinə görə, hadisə aprelin 9-da rayonun Həsənqaya kəndi ərazisində baş verib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova “Report”a bildirib ki, Goranboy rayonu Xoylu kəndi sakini 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu hər iki baldırın orta 1/3 hissəsinin travmatik amputasiyası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
O qeyd edib ki, xəstə həyatı göstərişlə əməliyyata qəbul olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan E.Həsənov piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
