Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovla telefonla danışıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq müzakirə edilib.
