Putinin yaxın adamlarından biri Viktor Medvedçuk Ukrayna xüsusi orüanları tərəfindən həbs edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb.
"Xüsusi əməliyyat Ukraynanın Təhlükəsizlik Xidmətinin köməyi ilə keçirilib. Afərin! Təfərrüatlar sonra", – Prezident yazıb.
Qeyd edək ki, Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun (Rusiya prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtasına həbs qoyub.
