Aprelin 11-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “Davamçı Gənclərin Birinci Forumu” işə başlayıb.
E-huquq.az xəbər verir ki, forum hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərə həsr olunub. Forumda Prezidentinin Administrasiyasının Gənclər Siyasəti və İdman məsələləri şöbəsinin gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisinin deputatı, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, ali təhsil müəssisələrinin rektorları, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, hərəkatın katibliyi, ictimai xadimlər, gənc iş adamları, gənclər təşkilatları və media nümayəndələri, o cümlədən 200-dən çox gənc iştirak edib.
Forum iştirakçılarının çıxışlarından sonra ötən iki ildə "Davam" Gənclər Hərəkatının fəaliyyətinə daimi dəstək göstərən ali təhsil müəssisələri, özəl şirkətlər və şəxslərin təltifolunma mərasimi keçirilib.
Təlitif olunan şirkətlər sırasında "AZGRANATA" MMC də yer alıb.
Tədbirin sonunda “Davam” Gənclər Hərəkatının 2020-2021-ci illər üzrə fəaliyyətinin maraqlı anlarını özündə əks etdirən videoçarx və “Davam” adlı klip nümayiş olunub.
