2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə Səhiyyə Nazirliyinin tabeliyində olan ali təhsil və elmi müəssisələrə qəbul elan edilib.
Bu barədə e-huquq.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin http://portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, http://Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 15 aprel tarixindən başlayacaq.
Gülnar Abdullayeva
