Məzmuna keç

Jurnalistlərə iqtisadi dəstəklə bağlı bir sıra təkliflər hazırlanıb

Jurnalistlərin iqtisadi müstəqilliklərinin gücləndirilməsi istiqamətində dəstəyin göstərilməsi üçün bir sıra təkliflər hazırlanıb.

E-huquq.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) mətbuat katibi Səidə Şəfiyeva bildirib.

O qeyd edib ki, agentliyin yaradılmasında əsas məqsədlərdən biri jurnalistlərin iqtisadi müstəqilliklərini gücləndirməyə dəstəyin göstərilməsidir.

“Bu istiqamətdə də MEDİA bir sıra təkliflər hazırlayıb və aidiyyəti üzrə hazırda müzakirələr aparılır”, – deyə o əlavə edib.