Məzmuna keç

Peskov Yaponiyanı “yeni düşmən” adlandırıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Yaponiyanın Kuril adaları ilə bağlı bəyanatına münasibət bildirib.

E-huquq.az-ın məlumatına görə, Peskov bildirib ki, Yaponiyan Rusiya üçün düşmən ölkəyə çevrilib: "Bu dörd ada Rusiya üçün təhvil verilməsi mümkün olmayan ərazidir. Açığını desək, Yaponiya düşmən ölkəyə çevrildiyindən və Rusiya Federasiyasına qarşı bir sıra fəaliyyət göstərdiyinə görə, danışıqların nəticəsi haqqında danışmaq çətindir".

Ukraynadakı əməliyyatlarla bağlı da açıqlama verən Peskov, Ukrayna Xarici İşlər Nazirliyinin Mariupol şəhərinin nəzarətinin hələ də Ukrayna əsgərlərində olması ilə bağlı fikirləri təkzib edib: “Mariupol şəhərinin Ukraynanın nəzarətində olması ilə bağlı səsləndirilən iddialar yalandır".

Rəşid Qarayev