Məzmuna keç

Ruslan Əliyevin Masallı sakinləri ilə görüşü olacaq –

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək.

Bu barədə e-huquq.az-a Birlikdən məlumat verilib.

Aprelin 25-də saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı sakinlərin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.