Məzmuna keç

Ukraynada 5 dəmir yolu stansiyası atəşə tutuldu, ölən və yaralılar var

Rusiya qoşunları bu gün səhər saatlarında Ukraynanın mərkəzində və qərbində 5 dəmir yolu stansiyasını atəşə tutub.

E-huquq.az Ukrainskaya pravda-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Ukrayna Dəmir Yolları”nın (“Ukrzaliznıtsa”) rəhbəri Aleksandr Kamışin açıqlayıb.

Məlumata görə, hadisə nəticəsində ölən və yaralılar var. Hazırda insidentin detalları araşdırılır.