Məzmuna keç

TƏBİB: Sumqayıtda hospitalizasiya olunan yanğınsöndürənin həyatı üçün təhlükə yoxdur

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur.

Bu barədə e-huquq.az-a TƏBİB-dən bildirilib.

Yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.