Məzmuna keç

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini dəyişilməz olaraq 7,75% saxlayıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə qurumun sədri Taleh Kazımov mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi yenidən 6,25%, yuxarı həddi isə 9,25% olaraq müəyyən edilib. Qərar bu gündən qüvvəyə minir.