Ermənistanın paytaxtı İrəvanda saxlanılan ASALA terrorçusu Ambik Sasunyan sərbəst buraxılıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun feysbuk səhifəsində paylaşım edilib.
A.Sasunyanın sözlərinə görə, etiraz aksiyasında iştirak edib və polisdən gənclərin niyə saxlanıldığını soruşduğuna görə saxlanılaraq bölməyə aparılıb.
***11:41
Ermənistanın paytaxtı İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Məlikyan sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, A.Sasunyan 80-ci illərdə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. O, 2021-ci ildə həbsdən azad edilib və Ermənistana köçüb.
