ABŞ Prezidenti Cozef Bayden Ağ Evə yeni mətbuat katibi təyin edib.
E-huquq.az xəbər verir ki, mayın 13-də vəzifəsini tərk edəcək Cen Psakinin yerinə Karin Jan-Pyer təyin edilib.
Karin Jan-Pyer hazırda mətbuat katibinin birinci müavini və Prezidentin köməkçisinin müavini vəzifəsini tutur.
"Mən Ağ Evlə yanaşı, ictimaiyyəti də təmsil edəcəyəm. Bu, həqiqətən tarixi bir andır. Bunun əksər insanlar üçün nə qədər vacib olduğunu bilirəm", – Karin Jan-Pyer Cen Psaki ilə birgə keçirdiyi brifinqdə çıxışında bildirib.

Rəşid Qarayev
