Məzmuna keç

Ombudsman: “1 milyondan çox ukraynalı qanunsuz olaraq Rusiyaya aparılıb”

1 milyondan çox Ukrayna vətəndaşı qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə aparılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova bildirib.

“1 milyon 185 mindən çox vətəndaşımız, o cümlədən 200 mindən çox uşaq qanunsuz olaraq Rusiya Federasiyasının ərazisinə aparılıb”, – o deyib.