Məzmuna keç

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlandı

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və aksesuarları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mazda 3" markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı avtomobilin salonunda, torpedanın içindən 1 ədəd "Samsung Galaxy A7", 2 ədəd "Samsung Galaxy A 20", 3 ədəd "Samsung Galaxy A 40", 2 ədəd "Samsung Galaxy A 10", 2 ədəd "Samsung Galaxy A 30", 2 ədəd "Samsung Galaxy A50", 3 ədəd "Redmi Note 7", 2 ədəd "Mi A2 lite" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.