Məzmuna keç

İzmirdə 87 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətinin Karaburun və Urla rayonlarında 17-si uşaq olmaqla ümumilikdə 87 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizlik Komandanlığı məlumat yayıb.

Karaburun rayonu sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın olduğu barədə məlumat daxil olub. Əraziyə sahil mühafizə qrupları göndərilib.

Əməliyyat zamanı dayandırılan rezin qayıqda 3-ü uşaq olmaqla 47 qeyri-qanuni miqrant saxlanılıb.

Urla rayonunda isə quruda bir qrup qeyri-qanuni miqrantın olduğu barədə məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub.

Keçirilən əməliyyat nəticəsində 14-ü uşaq olmaqla 40 qeyri-qanuni miqrant saxlanılıb. Miqrant qaçaqmalçılığında şübhəli bilinən 3 nəfər isə saxlanılaraq istintaqa cəlb edilib.

Saxlanılan miqrantlar müvafiq prosedurlardan sonra miqrasiya idarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə