Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.
E-huquq.az xəbər verir ki, dövlət başçısı zavodu işə salıb, istehsal prosesi ilə tanış olub.
Sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.
