Məzmuna keç

Bakının bəzi ərazilərində su olmayacaq

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Məlumatda deyilir ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.