Məzmuna keç

Onlayn kreditdən istifadə zamanı nələrə diqqət edilməlidir?

“Ali Məhkəmə izah edir” layihəsinin yeni buraxılışı yayımlanıb.

E-huquq.az xəbər verir ki, budəfəki buraxılışda Ali Məhkəmənin vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlərlə bağlı hüquqi mövqeyindən bəhs olunub.

Qeyd edək ki, “Ali Məhkəmə izah edir” layihəsinin əsas məqsədi hüquqi məlumatların geniş auditoriya üçün daha əlçatan olmasını təmin etmək, məhkəmə qərarlarının məzmununu və mahiyyətini mürəkkəb hüquqi terminologiyadan mümkün qədər uzaq, sadə və anlaşıqlı formada çatdırmaq, həmçinin cəmiyyətdə hüquqi maarifləndirmənin inkişafına töhfə verməkdir.