Məzmuna keç

Sumqayıtda ərzaq mağazası yandı

Sumqayıt şəhərində ümumi sahəsi 25 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisindəki mallar 17 m² sahədə və 1 ədəd televizor yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.