Məzmuna keç

Ötən 6 ay ərzində təbii qazın qəbulunda artım olub

"Yanvar-iyun aylarında 4 milyard 509 milyon kub metr təbii qaz qəbul olunub".

E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyasında deyib.

O bildirib ki, qəbul olunmuş qaz həcminin 1 milyard 237 milyon kub metri sənaye xətləri üzrə, 3 milyard 272 milyon kub metri əhali xətləri üzrədir.

R.Əliyev qeyd edib ki, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə qazın qəbulunda 329 milyon kub metr artım olub: "Ondan cari ilin yanvar-iyun aylarında keçən illə müqayisədə əhali xətləri üzrə azalma 20 milyon kub metr, sənaye xətləri üzrə artım 349 milyon kub metr olub".