"2022-ci ilin yanvar-iyun aylarında "Azəriqaz" İstehsalat Birliyinin satdığı qaza görə ödəniş səviyyəsi 104,52% olub".
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.
O bildirib ki, bu, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 17,76 % çoxdur:
"Əhali sektoru üzrə ödəniş səviyyəsi 103,01% olub ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 1,4% azdır. Qeyri-əhali sektoru üzrə ödəniş səviyyəsi 105,52% olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,34% çoxdur", – R.Əliyev qeyd edib.
