Məzmuna keç

“Azəriqaz” abonentlərinin sayını açıqladı

"2022-ci ilin yanvar-iyun ayı ərzində 27 917 yeni abonent qeydiyyata alınıb".

E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

O bildirib ki, əhali sektoru üzrə 26 696, qeyri-əhali sektoru üzrə isə 1 221 abonent yeni qeydiyyata alınıb.

R.Əliyevin sözlərinə görə, "Azəriqaz" İB üzrə istehlakçıların sayı 2 470 256-a çatıb: "O cümlədən əhali sektoru üzrə 2 432 156, qeyri-əhali sektoru üzrə isə 38 100 abonent olub".