Bakı Ağır Cinayətlər Məhkəməsinə qoruyucu maska olmadan daxil olmaq qadağan edilir.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, sabahdan etibarən tibbi maskası olmayan şəxslərin məhkəmənin inzibati binasına daxil olmasına icazə verilməyəcək.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi qapalı məkanlarda maskalardan istifadə etməyi tövsiyə edib.
Xəyalə Bünyatova
