Kürdəmir rayon sakini həmkəndlilərinə bıçaq xəsarəti yetirib.
E-huquq.az xəbər verir ki, hadisə Böyük Kəngərli kəndində qeydə alınıb.
Kənd sakini Kamil Əmirxan oğlu Abışovmünaqişə zəminində həmkəndliləri – 1972-ci il təvəllüdlü Quliyev Qiyas Ötərxan oğluna və 1990-cı il təvəllüdlü İbişov Hüseyn Əlihüseyn oğluna bıçaq xəsarətləri yetirib. Hər iki yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.
Fakt araşdırılır.
Mənbə: Report
