Məzmuna keç

Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi

Türkiyə İkinci Qarabağ müharibəsi başlayarkən qəhrəman Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etməsini dəstəklədi.

E-huquq.az-ın məlumatına görə, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, torpaqların azad edilməsindən sonrakı addım regional əməkdaşlıq oldu.

"Hazırda biz regionda rifah və sülh üçün çalışırıq. Ermənistana təxribatları davam etdirməmələri üçün xəbərdarlıq edirik", – deyə M. Çavuşoğlu bildirib.