Məzmuna keç

Azərbaycan XİN: “Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik”

“Azərbaycan Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri ilə dəstəkləyir”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də açıqlayıb.

"Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqliyə əsaslanan strateji tərəfdaşlığa malikdir", – XİN bildirib.