“Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına dəyişiklik edilib.
E-huquq.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli 30 nömrəli qərarına edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Azərbaycan Respublikasının hərbi komissarlıqlarının (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) (Pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt mövcud olmayan hərbi xidmət vəzifəsi) və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) (Mövcud hərbi xidmət vəzifəsi) uyğunlaşdırılan vəzifələri yeni redaksiyada verilib.
Yeni siyahı aşağıdakı kimidir:
|
3. Azərbaycan Respublikasının hərbi komissarlıqları (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) |
3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) |
|
3.1. Birinci dərəcəli şəhər hərbi komissarlıqları |
3.1. Xidmətin yerli baş idarələri |
|
Hərbi komissar |
baş idarə rəisi |
|
Bölmə rəisi — hərbikomissarın müavini |
baş idarə rəisinin müavini – şöbə rəisi |
|
Bölmə rəisi |
şöbə rəisi |
|
Bölmə rəisinin baş köməkçisi |
şöbənin baş zabiti |
|
Bölmə rəisinin köməkçisi, təlimatçı |
şöbənin zabiti |
|
Məsul icraçı, kargüzar, operator |
baş məsul icraçı |
|
3.2. Birinci dərəcəli hərbi komissarlıqlar |
3.2. Xidmətin yerli idarələri |
|
Hərbi komissar |
idarə rəisi |
|
Bölmə rəisi —hərbikomissarınmüavini |
idarə rəisinin müavini – şöbə rəisi |
|
Bölmə rəisi |
şöbə rəisi |
|
Bölmə rəisinin baş köməkçisi |
şöbənin baş zabiti |
|
Bölmə rəisinin köməkçisi, təlimatçı |
şöbənin zabiti |
|
Məsul icraçı, kargüzar, operator |
baş məsul icraçı |
|
3.3. İkinci dərəcəli hərbi komissarlıqlar |
3.3. Xidmətin yerli şöbələri |
|
Hərbi komissar |
şöbə rəisi |
|
Bölmə rəisi-hərbi komissarın |
şöbə rəisinin müavini – bölmə rəisi |
