Avqustun 19-da Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.
Bu barədə e-huquq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.
Batan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
