Məzmuna keç

Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə müəllimlərin şəxsi kabinetinə göndəriləcək.

Elm və Təhsil Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq.

Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.