Məzmuna keç

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən e-huquq.az-a verilən xəbərə görə, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

Hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;

5. Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində;

6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

8. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.