Məzmuna keç

Vəkillər Kollegiyası səhhətində problem yaranan vəkilə yardım göstərdi

Oktyabrın 21-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib

Oktyabrın 21-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər, o cümlədən, vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişatı barədə məlumat verib.

İclasda Bakı şəhərində fəaliyyət göstərən və onkoloji xəstə olan bir vəkilə "Vəkillərin inkişaf Fondu"ndan 5000 manat pul ayrılması barədə qərar qəbul edilib.