Məzmuna keç

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlandı

Milli Hidrometeorologiya Xidməti istirahət günlərində gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən e-huquq.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 20-22° isti olacaq.

Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 12-16°, gündüz 19-23 ° isti , dağlarda 1-6 ° isti, gündüz 6-9° isti olacaq.