Daxili İşlər Nazirliyi Tovuz rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
E-huquq.az xəbər verir ki, hadisə oktyabrın 25-də saat 17 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində baş verib.
Kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan “Makarov” markalı tapançadan havaya 3 dəfə atəş açması barədə Tovuz rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə N.Abdıyev saxlanılıb, ondan cinayətdə istifadə etdiyi nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
